Haqqımızda

“Lider Property” şirkəti , 1999-cu ildə peşəkar komanda ilə daşınmaz əmlak xidmətləri sahəsində fəaliyyətə başlayıb. Daşınmaz və daşınar əmlak bazarında hər növ əmlakların qiymətləndirilməsi, idarə olunması, alqı-satqı, kirayə, ekspertiza, hüquqi məsləhətlər, layıhələndirmə, marketinq, sosial araşdırma, analitik təhlil və digər konsaltinq xidmətləri sahəsində peşəkar fəaliyyət göstərir. Şirkətimizdə beynəlxalq səviyyədə bilik və təcrübəyə malik, ali təhsilli, yerli, həmçinin, müxtəlif beynəlxalq sertifikatlara yiyələnmiş, ixtisaslaşdırılmış, peşəkar mütəxəssislər çalışır.

“Lider Property” MMC daşınmaz və daşınar əmlakların qiymətləndirilməsi sahəsində peşəkar təcrübəyə və əmlak məlumat bazasına malikdir. Paytaxt Bakı daxil olmaqla, Respublikamızın bütün bölgələrində minlərlə müxtəlif təyinatlı obyektlər qiymətləndirib (fərdi yaşayış evləri, mənzillər, ticarət obyektləri, müxtəlif təyinatlı torpaqlar, istehsalat müəsissələri, istehsalat xəttləri, maşın və avadanlıqlar, fabrik-zavodlar, otellər və s.)

Şirkət 2010-cu ildən Azərbaycan Respublikası “Rieltorlar Assosiyası” İdarə Heyətinin, 2014-cü ildən isə “Azərbaycan Respublikası Qiymətləndirmə Cəmiyyəti”nin üzvüdür. 2010 ci ildən etibarən ölkənin aparıcı kommersiya banklarının etibarını qazanaraq uğurla əməkdaşlıq edir: Uni Bank, VTB Bank, Yelo Bank, AFB Ziraat Bank. 2022-ci ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən akreditasiya olub.

Daşınmaz əmlak xidmətləri sahəsində “Lider Property” MMC uğurlu fəaliyyəti ilə minlərlə korporativ və fərdi sifarişləri həyata keçirib. Ölkədə fəaliyyət göstərən xarici təşkilatlar və diplomatik korpuslar daşınmaz əmlak xidmətlərini bizim şirkətə etibar edir.

Missiyamız

Müştərilərimizə yüksək səviyyədə xidmət göstərməklə, hədəflərimizə çatmaq, sivil daşınmaz əmlak bazarının yaradılması, daşınmaz əmlak əməliyyatlarında yüksək keyfiyyətli peşəkar xidmətlərə nail olmaq, gələcək nəsillər üçün müsbət tarix yaratmaq, zəngin iş təcrübəmizə arxalanaraq, daşınmaz əmlak bazarının inkişafına müsbət töhfə vermək, iqtisadiyyatımızın, müasir tələblərə cavab verən bazar münasibətlərinin daha da, inkişaf etdirilməsində Dövlətimizə dəstək olmaq.

Kataloqu yüklə
+
+
+
+
+

Bizi tövsiyə edənlər

Xidmətlərimiz

Layihələrimiz

Partnyorlarımız

Əlaqə